ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Argentina millisinin ulduz futbolçusu Lionel Messi MLS-də rekorda imza atıb.
BUTA.TV xəbər verir ki, 36 yaşlı hücumçu buna bir mövsümdə 25 qolun vurulmasında iştirak etməklə nail olub.
Təcrübəli forvard bu rəqəmə ən tez çatan oyunçudur. Messi 12 matçda 12 qol və 13 assistlə yadda qalıb.
O, 16 görüşdə 25 qolun vurulmasında pay sahibi olan meksikalı sabiq futbolçu Karlos Velanı qabaqlayıb.
Qeyd edək ki, "İnter Mayami" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir.
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto
- Bakıda dağılan körpü yenidən tikiləcək
- Azərbaycanda Göz Bankı açılacaq
- Attestatlarla bağlı mühüm dəyişiklik