Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi bitirənlər Özbəkistan universitetlərinə imtahansız qəbul ediləcəklər.
BUTA.TV xəbər verir ki, bunu Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov deyib.
O bildirib ki, həmçinin, bu məktəbdə Özbəkistandandan müəllimlər də gəlib dərs deyəcəklər.
"Səfər çərçivəsində biz məktəbdə yaradılmış şəraitlə tanış olmuşuq. Məktəbin müəllim və şagird kollektivi ilə görüşdük. Və mən çox şadam ki, məktəbi bitirən azərbaycanlı uşaqlarımız gələcəkdə Mirzə Uluqbəy adına məktəbin attestatını daşıyacaqlar.
Gələcəkdə birgə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu məktəbi bitirən uşaqlar da bizim uşaqlarımız sayılır. Ona görə də onlar Özbəkistanın ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar", - deyə əlavə edilib.
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman
- Prezident bir qrup sahibkarı təltif etdi
- DİN-dən bu reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq - Video
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri...
- Vüsal Aslanov yeni rəis təyin etdi - Foto