Klaudiya Şeynbaum Meksikada keçirilən prezident seçkisini böyük fərqlə qazanıb. Ölkəyə ilk dəfə qadın rəhbərlik edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yyaıb.
Qeyd olunur ki, bu, patriarxal mədəniyyəti ilə tanınan ölkə üçün əlamətdar nailiyyətdir.
Klaudiya Şeynbaumun 61 yaşı var və yəhudi ailəsində böyüyüb. 2000-ci illərin əvvəllərində o, ölkənin hazırkı Prezidenti Andres Manuel Lopez Obradorun rəhbərlik etdiyi hökumət kabinetində Mexiko şəhərinin ətraf mühit üzrə katibi olub. 2018-ci ildə Şeynbaum Mexiko şəhərinin meri seçilib. Hakim partiyanın nümayəndəsi və Mexiko şəhərinin meri Klaudiya Şeynbaum ilkin hesablamalardan sonra səslərin 57,28%-dən çoxunu toplayıb.
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman