Bu gün Sabunçu və Qaradağ rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azəriqaz İstehsalat Birliyindən BUTA.TV-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Azərbaycanda universitetdə yanğın
- AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
- Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto
- İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul etdi
- Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü
- Şagirdlərin çantalarının yoxlanılması... - Sədr
- Prezident Belarusla bağlı bu qanunu təsdiqlədi
- Prezidentdən ASAN Xidmətlə bağlı fərman