Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 24 yaşlı O.Quliyevi ildırım vurub. O, təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə Tovuzda yeniyetməni ildırım vuraraq həyatına son qoymuşdu.
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto