Qeyri-fars adlardan istifadə edənlərə qarşı qanuni tədbirlər görüləcək.
BUTA.TV xəbər verir ki, bunu İranın mədəniyyət və irşad naziri Məhəmməd Mehdi İsmaili Fars Dilinin Mühafizəsi Şurasının toplantısında deyib.
Nazir Əli Xameneinin fars dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı çıxışını xatırladıb, iş yerləri, ictimai yerlər və müəssisələrə fars dilində olmayan ad qoyanlara qarşı ölçü götürüləcəyini söyləyib:
“Qeyri-fars sözlərdən istifadə qanuna qarşı çıxmaqdır. Qanunu pozanların prokurorluqlar tərəfindən məsuliyyətə cəlb olunmasını istəyirik”.
Qeyd edək ki, bundan əvvəl Mədəniyyət və İrşad Nazirliyi iş yerləri, müəssisələr və ictimai yerlərə qeyri-fars adlardan istifadənin qadağan edilməsinə təklif edən qanunu təsdiqləyib.
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video