30 il sonra Qarabağın azadlığa qovuşması ilə birlikdə bölgəmizdə davamlı sabitlik üçün həqiqətən tarixi bir fürsət pəncərəsi açıldı. Bunun hədər getməməsinin vacib olduğunu düşünürük.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EFES-2024” çoxmillətli təlimində çıxışı zamanı deyib.
“Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtardıqca sülhə daha da yaxınlaşacaq. Erməni xalqı gələcəyini xaricdən qəzəl oxuyanlarda, qızışdıranlarda deyil, əsrlərdir birlikdə yaşadığı və yaşayacağı qonşularında görməli, anlamalı və bunun üçün lazım olanları cəsarətlə yerinə yetirməlidir”, - ölkə başçısı vurğulayıb.
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək