Türkiyədə işgüzar səfərdə olan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES-2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Gülər çıxış edib.
Nümayəndələr Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.
Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.
Sonda təntənəli konsert proqramı təqdim edilib.
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq