Mən vaxtilə təşəbbüslə çıxış etmişəm, demişəm ki, parlamentdə deputat fraksiyasının yaradılması üçün tələb olunan say 25-dən 10-na endirilsin. Biz də çalışacağıq ki, parlamentdə özümüzün deputat fraksiyamız olsun. Bu məsələ ilə bağlı başqa partiyalarla da danışa bilərik. Hər halda, biz o istiqamətdə mübarizə aparacağıq. Azərbaycan Cənubi Qafqazda, ümumiyyətlə, ATƏT məkanında yeganə ölkədir ki, parlamentdə deputat fraksiyaları yoxdur. Ona görə başqa partiyalarla ən azı bir fraksiyanın formalaşmasına çalışacağıq.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Reytinq”ə geniş müsahibəsində deyib.
O bildirib ki, parlamentdə xalqı çox hazırlıqlı insanlar təmsil etməlidir:
“Məsələn, istəyərdim ki, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bu sahəni dərindən bilən keçmiş prokurorlar, ehtiyatdakı generallar olsun. Dünyanın hər yerində belədir. Mən 15 il NATO Parlament Assambleyasında olmuşam, burada Müdafiə və təhlükəsizlik komitəsi üzvlərinin mütləq əksəriyyəti ehtiyatda olan generallardan ibarət idi. Amma bizim parlamentdə bir nəfər də ehtiyatda olan general yoxdur. Halbuki onlar müdafiə və təhlükəsizliklə bağlı məsələləri dərindən bilirlər”.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik