Avropa Birliyi (AB) Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan çox narahatdır, buna baxmayaraq, ehtiyatlı olmaq və “yumşaq dil”dən istifadə etmək lazımdır.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Xarici agentlər haqqında" qanun bizi çox narahat edir. Bu, Gürcüstana Avropa yolunda həqiqətən kömək etmir və biz onlara bunu deyirik. Lakin eyni zamanda onların milli hisslərini incitməmək üçün çox diqqətli olmalıyıq", - Borrell bildirib.
Qeyd edək ki, uzun müddətdir müzakirələrə səbəb olan qanun layihəsi mayın 14-də Gürcüstan parlamentində 3-cü oxunuşda qəbul edilib, mayın 18-də isə Prezident Salome Zurabişvili qanuna veto qoyub. Vetonu Gürcüstan parlamentinin Hüquq komissiyası 27 mayda müzakirə edəcək. Əgər vetonu qaldırmaq qərarı verilərsə, qanun yenidən plenar iclasa çıxarılacaq.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik