Hökumətin siyasəti ilə razılaşmadığım üçün Slovakiya Baş naziri Robert Fitsonu yaralamaq istəyirdim.
BUTA.TV "Röyters"ə istinadən xəbər verir ki, bunu baş nazirə qarşı sui-qəsd cəhdində təqsirləndirilən 71 yaşlı şəxs deyib.
O, hadisəni 30 ildir özünəməxsus olan tapança ilə törətdiyini qeyd edib.
Ticarət mərkəzinin keçmiş mühafizəçisi olmuş şəxs bildirib ki, onun bu yöndə planlarından heç kimin xəbəri olmayıb.
Müttəhim törətdiyi əmələ görə ictimaiyyətdən üzr istəyib, eyni zamanda baş nazirdən də üzr istəməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, mayın 15-də Handlova şəhərində R.Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, 4 güllə yarası alıb və 4 dəfə əməliyyat olunub. Baş nazirin səhhəti tədricən yaxşılaşmaqdadır.
- Məşhur ticarət mərkəzi bağlanır? - Video
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO