İran 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verən ölkələrə təşəkkür məqsədilə foto paylaşıb.
BUTA.TV xəbər verir ki, Rəisinin fotosu fonunda başsağlığı verən ölkələrin bayraqları əks olunub. Maraqlıdır ki, paylaşımın ingiliscə versiyasından fərqli olaraq, fars dilində olan versiyasında Azərbaycan və Türkiyənin bayrağı yoxdur.
Halbuki Azərbaycan və Türkiyə ilk başsağlığı verən, eyni zamanda helikopterin qalıqlarının tapılması üçün köməyini təklif edən ölkələrdir, Türkiyənin "Akınçı" PUA-sı isə bu axtarışlarda birbaşa iştirak edib və məhz türk PUA-sının sayəsində qəza yeri tapılıb.
Həmçinin Azərbaycan və Türkiyə vida mərasimində yüksək səviyyədə nümayəndə heyətilə ilə təmsil olunub.
Fotonu təqdim edirik:
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO