Fransa Prezidenti Emmanuel Makron sabah Yeni Kaledoniyaya getməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.
"Görəsən, kanaklara qarşı cəza əməliyyatına şəxsən rəhbərlik etmək istəyir? Vəhşi, müharibə cinayətkarı", - o bildirib.
Qeyd edək ki, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafiq müdaxilə yolu ilə keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.
Son məlumata görə, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.
Polisin zorakı müdaxiləsi hələ də davam edir.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü