Bu gün 32 ildən sonra Laçın torpaqlarında ikinci toy sədası eşidilib.
BUTA.TV xəbər verir ki, Laçında illər sonra ikinci toy mərasimi Zabux kəndində gerçəkləşib. Toy mərasimi həm də el adəti ilə, yəni mağarda gerçəkləşib.
Zabux kəndinin gəncləri olan Vəliyev Laçın Cəlil oğlu və Abbasova Nuray Namiq qızının şad günündə ailə üzvləri ilə bərabər kənd sakinləri, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndliyinin əməkdaşları və digər şəxslər də iştirak ediblər. Gəlinlə bəy toy mağarına daxil olduqdan sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb. Sonra kənd ağsaqqaları hər iki gəncə xeyr dua veriblər və şənlik başlayıb.
Qeyd edək ki, Laçının Zabux kəndində torpaqlarımız azad edildikdən sonra ilk toy mərasimi martın 8-də olub.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Hazırda Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib. Bundan başqa Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Sus kəndində isə 20 ailənin, yəni 75 nəfərin daimi məskunlaşması həyat keçirilib.
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik
- Türkiyə ruslar üçün yaşayış icazələrinin qiymətini artırdı
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video