Onun kamera qarşısında şəkli, sənədlərdə də öz imzası var. İşgüzar nüfuzuma xələl gətirdiyi, şər atdığı üçün artıq onu məhkəməyə verməyə hazırlaşıram.
Bu sözləri BUTA.TV-a açıqlamasında SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən Fidan İsmayılzadənin keçmiş vəkili Adəm Məmmədov deyib.
“Fidan İsmayılzadənin dediyi "vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar" iddiası tamamilə əsassız və şər xarakterlidir. Əvvəla, proses 7 il əvvəl baş verib. Xanım özü könüllü ərizə yazaraq, notariat qaydada iddiadan imtina ilə bağlı müracət edib və təsdiqlənib. Üstəlik, bir ərizə də mənə ünvanlayaraq bildirib ki, iddiadan imtina etdiyi üçün vəkildən heç bir şikayəti, iddiası yoxdur və olmayacaq. Hər şeyin sübutu olan sənədlər var. Bütün bu sənədlər isə notarial qayda ilə imzalanıb. Hansı saxtakarlıqdan söz gedə bilər? O, bu cür əməllərinə görə qanun qarşısında cavab verəcək”, - A.Məmmədov bildirib.
Qeyd edək ki, Fidan İsmayılzadə mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənirdi. O, açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, bu prosesdə vəkili Adəm Məmmədov da iştirak edib. Onun sözlərinə görə, vəkil vasitəsi ilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm
- İctimai nəqliyyat ödənişlə bağlı mühüm yenilik