Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərtac-a Aşağı Salahlı kəndinin sakinləri məlumat verib.
Bildirilib ki, çayın daşması nəticəsində onlara məxsus 230 hektara yaxın sahə su altında qalıb. Sel suları çay kənarında yerləşən təsərrüfatları, xüsusən də taxıl, yonca, qarğıdalı sahələrini yuyub.
May ayından bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə daşqının ətraf sahələrə yayılma riski artıb. Ona görə də mümkün yerlərdə qabaqlayıcı tədbirlər görülür.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır. Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm