Erməni keşiş mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb. Kütləvilik alınmadı.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, keşiş Baqrat növbəti mərhələdə küçədən otaq müzakirələrinə keçməyi planlaşdırır:
“O, müxalifət nümayəndələri ilə görüşlərə start verəcək. Bu mərhələ də nəticə verməyəcək. Müxalifət keşişin işə yaramadığını anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan keşiş və onun arxasınca gedənlərdən narahat olsaydı, Danimarkadakı konfransa getməz, İrəvanda qalardı”.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Politoloq vurğulayıb ki, müxalifət kilsəni də xərcləyəndən sonra Paşinyana qarşı müqaviməti davam etdirmək üçün başqa alternativ axtarmalı olacaq:
“Əslində müxalifət İkinci Qarabağ müharibəsinən sonra Paşinyanı devirmək üçün mümkün bütün alətlərdən istifadə edib, heç biri nəticə verməyib. Bunun sadə səbəbi var - cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir. Ancaq Paşinyan da tələsməlidir, nə qədər ki, reytinqi aşağı enməyib, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmalıdır”.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm