Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Belə ki, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevral ayında ölkəmizdə müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm