Kimlərsə terror təşkilatları və onların qolları ilə, mütəşəkkil cinayətkar təşkilatlarla birləşib FETÖ taktikası ilə cənab prezidentə (Rəcəb Tayyib Ərdoğan), hökumətimizə və siyasətçilərimizə “oyun qurmağa” çalışırsa, biz onların oyunlarını və qurduqları tələləri məhv edəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.
“Əgər hər hansı qurumun daxilində prezidentimizə, hökumətimizə, siyasətçilərimizə qarşı yönəlmiş qruplaşma varsa, biz sona qədər gedib o qruplaşmaları müəyyənləşdirib, məsuliyyətə cəlb edəcəyik.
Mülki Müfəttişlərin müvafiq hesabatı qısa müddətdə tamamlanacaq. Atılan hər addımı və telefon qeydlərini bir-bir yoxlayırlar. Bu hesabatı tam təfərrüatı ilə ictimaiyyətlə paylaşacağıq. Və lazım olanı edəcəyik.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Əziz millətimiz rahat olsun. Separatçı terror təşkilatı və FETÖ ilə mübarizədə olduğu kimi, biz bu cinayət mərkəzlərinin üzvlərini gizləndikləri hər çuxurdan tapıb çıxaracağıq”, - nazir bildirib.
Qeyd edək ki, türk millətçilərin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyədə xüsusi araşdırma başlayıb.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm