Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.
Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar restoranda ofsiant işləyir.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm