Ermənistan və Avropa Yenidənqurma və İnkişaf Bankı “Şimal-Cənub”dəhlizinin Qacaran-Qarakilsə yolunun tikintisinə 236 milyon avro ayrılması barədə kredit sazişi imzalayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, layihənin ümumi dəyəri təxminən 373 milyon avrodur. Yeni yol şimal, cənub və mərkəzi hissələrə bölünəcək. Kredit vəsaiti cənub hissəsinin tikintisinə sərf olunacaq. Yol Qacarandan Qarakilsəyə qədər olan məsafəni 118 kilometrdən 60 kilometrə endirəcək və orta sürət saatda 50 kilometrdən 100 kilometrə qədər artacaq. Tikintinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. İmzalanma mərasimi Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda mayın 14-də başlayan və mayın 16-dək davam edəcək illik toplantısı çərçivəsində olacaq.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm