İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib.
Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
- Bu şəhərdə qaz kəsiləcək
- Bakı əhalisinə pis xəbər - Video
- Bakıda 2 milyonluq xəstəxana tikiləcək
- Bu tarixdən Xəzərdə balıq ovu tam dayandırılır
- Sürücülərə xəbərdarlıq!
- Azərbaycanda "PubG" qadağan edilsə də... - Mütəxəssis
- 1 milyonluq mənimsəmə: Abbasovun bu tələbi rədd olundu
- Bakı metrosunda insident: qurum itkilərini açıqladı - Rəqəm