Türkiyəli kosmonavt Alpər Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49-da (Bakı vaxtı ilə 01:49) kosmosa yola salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Gezeravcının olduğu “Draqon” kapsulu “Falkon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.
“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Mikael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.
Türk astronavt Beynəlxalq Kosmik Stansiyasında 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı