“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hazırki rəhbəri Samir Rzayev Beynəlxalq Hava Limanında avtomobillərin parklanması qiymətlərini artırıb.
BUTA.TV Gununsesi.info-ya istinadla xəbər verir ki, hava limanında avtomobil parklanmasının qiyməti əvvəlki dövrlə 2 dəfəyədək bahalaşıb. Bundan başqa AZAL-ın yeni rəhbərinin daha bir “sürprizi” Beynəlxalq Hava Limanında ofisi olan xarici aviaşirkətlər, bankların valyutadəyişmə məntəqələri, kargo şirkətləri və restoranlar üçün olub.
Artıq 2024-cü ildən etibarən Beynəlxalq Hava Limanındakı ofislər, valyutadəyişmə məntəqələri və anbarlar üçün qiymətlər yeni bahalaşdırılmış tariflərlə hesablanır.
Bahalaşma ilə bağlı Hava Limanından şərh almaq mümkün olmayıb.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı