Sosial şəbəkə fenomeni Bayram Nurlu “Instagram” səhifəsini oğurlamaq istəyən şəxsə səslənib.
BUTA.TV xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın oğurlanan səhifəsində son paylaşımla təhdid edilən Bayram həmin şəxsi hədələyib:
“Haranın tulasısan, bilmirəm. Qıra bilirsənsə, səhifəmi qır. Səhifəm hər saat qorunur. Əgər bu şəxs xaricidirsə, anlamıram xaricdə ulduz, fenomen qutardı ki, keçdi azərbaycanlılara? Bu kimdirsə, bizimkidir. Qarpızı yeyib, indi yemişi axtarır. Ona yemişi pis yedirdəcəyəm. Ay tula, belə səhifə qıransansa, get, Kim Kardaşyanın səhifəsini qır!”
Qeyd edək ki, Xalq artisti Aygün Kazımovanın 1,4 milyonluq “Instagram” hesabı oğurlanıb. Sənətçinin səhifəsi oğurlanandan sonra bütün foto və videolar silinib. Artıq iki gündür ki, onun səhifəsini geri qaytarmaq üçün iş aparılır.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi