Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib, bütün paylaşımları silinib.
Sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib. Paylaşımı təqdim edirik: "Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınizı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram".
Qeyd edək ki, 1 bitkoin kroptavalyutası 71984 AZN edir, 10,000 bitkoin isə 700 milyon manatdan çox pul deməkdir. Eyni zamanda, hesabdan Telman adlı biri izləməyə alınıb. Bunun isə hesabı oğurlayan şəxslə əlaqəsinin olub-olmaması, ya da hədəf yanıltmaq üçün edilməsi bilinmir.
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto