Kardioloqlar ürəyində problem olan insanlara bir növ balığı qadağan edib.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, kardioloq İqor Vidyaskin duzlu balığın təhlükəsi barədə xəbərdar edib.
“Ürək-damar, təzyiq xəstəliyi olanların rasionunda duzlu balıq olmamalıdır. Onda natrium normadan 10 dəfə çoxdur, bu da təzyiqi qaldırır, ödəm yaradır.
Daha bir balıq yeməyi – bitki yağında qızardılmış balıq ürəyə neqativ təsir edir. Ayrılıqda balıq özü ürəyə faydalıdır. Amma onun yağlı növləri yağda qızartmadan yeyilə bilər: losos, farel, makrel və s.
Ürək xəstələri həftədə 1 dəfə balıq yesin. Amma balıq və balıq yağının insult və infarktların qarşısını almasına dair əsaslı sübut yoxdur”, - İ.Vidyaskin vurğulayıb.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək