Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub.
Kult.az xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib.
“İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib.
Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə və tənqidlərə səbəb olmuşdu.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü