Ukrayna ilə Rusiya arasında münaqişə uzun müddət davam edəcək və hətta 2025-ci ildə də bitməyəcək.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana bildirib.
"Mənim çağırışım uzunmüddətli müharibəyə hazırlaşmaqdır. Müharibə 2024-cü ildə, bəlkə 2025-ci ildə də dayanmayacaq. Biz ordunun bu və ya digər şəkildə həlledici qələbəyə nail olmaq qabiliyyətini görmürük. Uzunmüddətli müharibə gözləyirik: kiçik hücumlarla, əks-hücumlarla, ərazilərin zəbt edilməsi və itirilməsi ilə davam edən müharibə..." - M.Coana qeyd edib.
Onun sözlərinə görə, NATO ukraynalılara dəstəyini davam etdirəcək.
O, Rusiya hərbçilərinin Rumıniya sərhədinə mümkün yaxınlaşmasının qarşısının alınmasının vacib olduğunu da vurğulayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...