Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İstanbulda Dolmabağça Sarayında təhlükəsizlik məsələləri ilə əlaqədar iclas keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun deyib.
O, İraqda 6 türk əsgərinin şəhid olmasından sonra Türkiyə dövlət rəhbərinin bu yöndə qərar verdiyini bildirib.
İclasda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əl Yerliqaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Mətin Gürak, Milli İstehbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək.
Qeyd edək ki, İraqda “Pəncə-Kilid” əməliyyatı zonasında 6 türk hərbçisi şəhid olub, 7-i yaralanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...