İnşaatçılar Mədəniyyət Sarayı yerli əhəmiyyətli memarlıq abidəsidir. Hazırda bina istifadə olunmur və təmir-bərpa olunmasına ehtiyac var.
Bu sözləri BUTA.TV-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
“Tarixi abidə xüsusi mülkiyyətdədir. Qanunvericiliyə uyğun olaraq istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni öz vəsaiti hesabına bərpa etməlidirlər. Bununla yanaşı istifadəsiz qalan və qanunvericilik çərçivəsində bərpa olunaraq təyinatına uyğun şəkildə istifadə oluna bilən tarixi abidələrlə bağlı Dövlət Xidməti tərəfindən təşviqat işləri aparılır. Belə tarix-memarlıq abidələrinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində bərpası və istifadəsi imkanları araşdırılır”, - Fariz Hüseynli bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...