2024-cü ilin yanvar ayına olan məlumata görə, dünya əhalisinin sayı 8,09 milyard nəfərdir. 1970-ci illərə qədər dünya əhalisi hiperbolik qanuna uyğun olaraq artıb, 1988-ci ildən isə artım templərində yavaşlama müşahidə olunub. Buna baxmayaraq, mütləq mənada əhali sürətlə artır. BMT-nin məlumatına görə, 1994-cü ildən 2014-cü ilə qədər 60 yaşdan yuxarı insanların sayı iki dəfə artıb. Dünyada beş yaşınadək uşaqlardan daha çox qoca var.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya, Argentina və Niderland alimlərinin birgə araşdırmasında qeyd edilib.
Alimlər, həmçinin dünya üzrə qohumluq əlaqələrinin təkamülünü izləyib maraqlı fakt üzə çıxarıblar. Məlum olub ki, dünyada bir çox insanın yaşayan qohumlarının sayı kəskin şəkildə azalacaq. Beləliklə, əgər 1950-ci ildə orta hesabla 65 yaşlı qadının 41 qohumu var idisə, 2095-ci ildə eyni yaşda olan bir xanımın cəmi 25 qohumu olacaq. Bu, yaşayan qohumların sayının 38% azalacağı deməkdir.
Ailə tərkibi də dəyişəcək: yaşayan nənə və babaların sayı nəzərəçarpacaq dərəcədə artacaq, əmioğluların, bacı-qardaşların və nəvələrin sayı isə azalacaq.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...