Ötən gün Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Qala-Pirallahı yolunda Elçin Eldar oğlu Səmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən Rəqsanə Ələsgər qızı Əhmədova və Tərgül Qəşəm qızı Zamanovanı vurub.
Rəqsanə Əhmədova hər iki ayağın sınığı, Tərgül Zamanova isə başın əzilmiş yarası xəsarəti ilə Xəzər Tibb Mərkəzinə aparılıb. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...