Dünyanın yeganə neft ölkəsiyik ki, paytaxtın mərkəzində neftayırma zavodu var.
Bu sözləri BUTA.TV-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan Neft Emalı Zavodunun köçürülməsinə münasibət bildirərkən deyib.
İlham Şaban bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun tam şəkildə modernizasiyası hələ 2027-ci ilin IV rübündə başa çatacaq:
“2015-ci ildən 2027-ci ilə qədər 12 il modernizasiya edilən, milyardlarla dollar qoyulan bir obyekti belə asanlıqla köçürmək mümkün deyil. Bu hansısa mağaza deyil ki, buradan götürüb başqa yerə qoysunlar. Neft Emalı Zavodu 1953-ci ildə istifadəyə verilib və istismarda olduğu 70 illik müddəti başa vurub. Hesab edilir ki, tam modernizasiyası başa çatandan sonra 20 il istismarda olacaq və köçürülməyəcək”.
O bildirib ki, Bakı şəhərinin mərkəzində bu kimi obyektin olması təəssüfləndirici haldır:
“Prezident hələ 2008-ci ilin mayında hökumətə tapşırıq vermişdi, Neft Emalı Zavodu Bakı şəhərinin kənarına köçürüləcəkdi. Hətta Səngəçal terminalından 5 km cənub-qərb istiqamətində yer də ayrılmışdı. Təəssüf ki, məsələ həllin tapmadı”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...