Ermənistan Daxili İşlər Nazirliyinin şəxsi heyətində ixtisarlar olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan DİN-də 629 ştat ləğv ediləcək.
“Optimallaşdırmanın məqsədi idarəetmənin keyfiyyətinin yüksəldilməsi və müxtəlif şöbələrin funksiyalarının təkrarlanması hallarının aradan qaldırılmasıdır. Buna zərurət polisin (Ermənistanda polis ayrıca struktur idi – red.), Fövqəladə Hallar və Miqrasiya Xidmətinin Daxili İşlər Nazirliyinə birləşdirilməsindən sonra yaranıb. İslahat çərçivəsində polis dörd əsas sahədə inkişaf edəcək: kriminal polis, patrul xidməti, polis mühafizəsi və bələdiyyə polisi”, - məlumatda bildirilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...