Kirmanda baş verən terror hadisəsində kamikadzelərə dəstək verən 35 nəfər həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata əsasən, əməliyyatın əsas tərtibatçısı və dəstəkçisi “Abdullah Taciki” ləqəbli tacik əsilli şəxs olub. O, hadisədən iki gün əvvəl İranı tərk edib.
“İndiyədək Kirman, Sistan və Bəlucistan, Xorasan, İsfahan, Tehran və Qərbi Azərbaycan əyalətlərində 35 nəfər həbs edilib. Həmçinin sərhədin o tayında Kirman teraktında iştirak edən bir sıra cinayətkarlar müəyyən edilib və onların təqibi ciddi şəkildə davam edir”, - məlumatda bildirilib.
Qeyd edək ki, kamikadzelərdən birinin şəxsiyyəti tam müəyyən edilib. O, İsrail əsilli Tacikistan vətəndaşı 24 yaşlı Amanullah Bozrovdur.
Xatırladaq ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 94 nəfər ölüb, 281 nəfər yaralanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...