Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib.
BUTA.TV xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən görüşdə regiondakı geosiyasi durum, Azərbaycan-Ermənistan münasibətləri və prezident seçkilərinə hazırlıq prosesi müzakirə edilib.
Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib.
Pinoli bu kimi müzakirələrin hər iki dövlətin maraqları baxımından önəmli olduğunu bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...