Bakıda avtobus yanıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Bakı Bus MMC-yə məxsus avtobus şəhərin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.
Qurumdan bildirilib ki, hadisə bu gün baş verib:
“Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.
Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.
Həmin görüntüləri təqdim edirik:
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...