Futbol üzrə Türkiyə Super Liqasında XVI turdan təxirə salınmış növbəti oyunlar keçirilib.
BUTA.TV xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
Günün ilk matçlarında “Hatayspor” “Qaziantep”lə qolsuz,”Adana Demirspor” isə “İstanbulspor”la 2:2 hesablı heç-heçə edib. “Karagümrük” “Kayserispor”a qalib gəlib - 4:1.
Digər oyunda isə “Fənərbağça” doğma meydanda “Konyaspor”u darmadağın edib. Səkkiz qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar - 7:1. İstanbul nəhənginin heyətində Edin Ceko het-trik edib. Digər qolları isə Mert Müldür, Sebastian Şimanski, Mişi Batşuayi və Uğurcan Yazqılı (avtoqol) vurublar. Qonaqların heyətində isə Gilyerme fərqlənib.
Bu qələbə ilə xallarını 50-yə çatdıran “Fənərbağça” ilk pillədəki mövqeyini qoruyub. İkinci sırada 47 xala malik “Qalatasaray” qərarlaşıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...