Ermənistanın Baş naziri Nikol Paşinyan “yazıq adam” imicindən sui-istifadə edərkən, Türkiyə və Azərbaycan öz məqsədlərinə, yəni ölkəmizin “suverenliyinin məhvinə” doğru sistemli şəkildə irəliləməkdə davam edirlər.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan iddia edib.
“Bir anlıq təsəvvür edək ki, rayon məktəblərində təmirin keyfiyyətinə, zibil qablarının hündürlüyünə də özü nəzarət edən Paşinyan bədbəxt zavallıdır. Onda ən azı 2 məntiqi sual yaranır. Birincisi, Ermənistanın indiki vəziyyətində (və hər hansı digər tarixi məqamda) doğrudanmı dövlətin başında “yazıq adam” olmalıdır? İkincisi, Bakı və Ankara İrəvanla sərhədi ən azı 2028-ci ilə qədər açmaq niyyətində olmasa, yəni Paşinyan vəd etdiyi iqtisadi bum ən azı 4 il təxirə salınsa, bu vəd üçün “artsax”ı təslim edən Nikol 4 il ərzində daha nələri Türkiyə və Azərbaycana təslim etməyə hazırdır?”, - o bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...