"Aztelekom"un əməkdaşını vurub, maşını kanala aşırdı

13:12 - 9 Yanvar 2024 - GÜNDƏM

Oğuz rayonunda avtomobil "Aztelekom"un əməkdaşını vurub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib.

Hərəkətdə olan "Mersedes" markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan şəxs "Aztelekom"un Oğuz şöbəsinin əməkdaşıdır.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol