Həmişə enerjinin limitlə verilməsinin tərəfdarı olmuşam. Dünya təcrübəsində də belədir. Bir şey elə qiymətə olmalıdır ki, onu istehlak edən layiqincə qiymətləndirə bilsin. Qiymət həddən artıq ucuz olarsa, o, izafi xərclənir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əhaliyə verilən təbii qazın limiti haqqında danışarkən deyib.
“Azərbaycan 2017-ci ildən indiyə qədər əmtəəlik qaz hasilatını artırıb. İnsanlarda da belə təəssürat var ki, qaz artırsa, bundan da yararlanmalıyıq. Ancaq qazı 10 il əvvəldə olduğu kimi istifadə etməyimiz düzgün deyil. Nə hökumət, nə də Tarif Şurası istehlakçını inadıra bilir. Bu inamı bərpa etmək lazımdır. Bildiyimiz kimi, qazın verilməsi ilə bağlı qiyməti Tarif Şurası təyin edir. Qiymət təyin olunarkən izahedici açıqlama olmur, maarifləndirmə aparılmır”, - İlham Şaban bildirib.
Ekpertin sözlərinə görə, Azərbaycan ərazisində fəsillər müxtəlif keçdiyi üçün əhalinin təbii qazdan istifadəsi ilə bağlı limitlər də regionlar üzrə fərqli olmalıdır:
“Kəlbəcər, Laçın, Quba, Şamaxı və Azərbaycanın digər rayonlarının sakinləri evlərini 8-9 ay isitməyə məcburdur. Aran rayonlarında yaşayan vətəndaşlar isə evi isitmək üçün qazdan 3-4 ay istifadə edir. Ona görə də qaz limiti bu regionlara eyni tətbiq edilməməlidir. Hökumət bu məsələni nəzərə almalı, qızıl orta tapılmalıdır. Bununla da istehlakçının əlavə rəğbətini qazanmaq olar”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...