Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
"Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...