Türkiyənin Trabzon vilayətinin Şalbazarı rayonunda Sarıqamış əməliyyatının 109-cu ildönümü münasibəti ilə anım yürüşü keçirilib.
BUTA.TV xəbər verir ki, yürüş iştirakçıları Şıxkıranı mövqeyindən 2200 metr yüksəklikdəki Sis dağına təxminən 200 metr uzunluğunda olan Türkiyə bayrağını daşıyıblar.
Qeyd edək ki, Osmanlı ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı şaxtalı hava səbəbindən onminlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...