7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisi üçün qeydə alınan namizədlərin təbliğat kampaniyası 15 yanvarda başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub.
Təbliğat kampaniyası seçki gününə 24 saat qalmış – 6 fevral saat 8:00-da dayandırılacaq.
Qeyd edək ki, MSK qeydə alınan namizədlərin siyahısını ən geci 18 yanvara qədər dərc etməlidir.
İndiyə qədər yalnız 3 namizəd – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb.
Ümumilikdə 17 nəfər namizədliyini irəli sürüb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...