Ukrayna Prezidenti Vladimir Zelenski Qərb siyasətçilərini dondurulmuş Rusiya aktivlərini mümkün qədər tez Kiyevə köçürməyə çağırıb.
BUTA.TV xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Qərb hökumətləri Moskvanın əngəlləmmiş aktivlərinin Kiyevə ötürülməsi üçün hüquqi bazanın yaradılması prosesini sürətləndirməlidir. Zelenski ilin sonunadək bu məsələdə irəliləyiş gözlədiyini vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, söhbət 300 milyard dollarlıq məbləğdən gedir:
"Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin ona ötürülməsi məsələsində G7-yə üzv ölkələrin səylərinə ümid edir".
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video