Livan İsraildən respublikanın suverenliyini pozmaqdan əl çəkməyi və qoşunların ölkənin cənub rayonlarından çıxarılmasını tələb edir. Çünki sərhəddə vəziyyətin daha da gərginləşməsi regional müharibənin başlanmasına səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəcib Mikati AB diplomatiyasının rəhbəri Jozep Borrellə danışıqları zamanı bildirib.
Mikati Livan vətəndaşlarının istənilən tərəflə silahlı qarşıdurmanın əleyhinə olduğunu və dinc yanaşı yaşamaya sadiq olduqlarını vurğulayıb:
"Biz vəziyyəti sabitləşdirməyə çalışırıq, çünki Livanın cənubunda sərhəd münaqişəsinin daha da gərginləşməsinin regional müharibəyə səbəb olacağını başa düşürük".
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video