Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.
KTM-dən BUTA.TV-a verilən məlumata görə, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.
Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir, digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video