Yanvarın 3-də baş vermiş hərbi əsirlərin mübadiləsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük əməliyyatlardan biridir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu gün hər şeyə, bütün çətinliklərə baxmayaraq, 200-dən çox insanımızı rus əsirliyindən azad edə bildik. Ukrayna mübadilə üçün bütün imkanlardan istifadə edir. Ukrayna hər bir beynəlxalq görüşdə məhbusların qaytarılması mövzusunu qaldırır. Biz nə qədər çox rusu əsir götürsək, mübadilə danışıqları bir o qədər effektiv olar”, - prezident bildirib.
Qeyd edək ki, ötən gün BƏƏ-nin vasitəçiliyi ilə aparılan əsir mübadiləsi danışıqları nəticəsində Rusiya 248, Ukrayna isə 230 əsiri geri alıb.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi