ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlərin də dəyişəcəyinə inandığını deyib:
“Qəzzada baş verənlər Qərbin və avropalıların birdən-birə nüfuzlarını itirməsinə səbəb oldu. Onların Ukrayna-Rusiya məsələsindəki mövqeyinin əksinə olaraq, Qəzza məsələsindəki mövqeləri ikiüzlülüyün pik həddə çatdığı yerdir. Prinsiplərdən, fəzilətdən, əxlaqdan danışa bilməzlər. Onlara tamamilə məhəl qoymurlar”.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video